Bank Of Baku

Meksikada ammiakın sızması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Meksikada ammiakın sızması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb
# 22 avqust 2013 04:31 (UTC +04:00)

Bakı-APA. Meksikanın cənubunda boru xəttindən ammiakın sızması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. APA-nın məlumatına görə, bu barədə Associated Press-in “Pemex” dövlət neft şirkətinin bəyanatına istinadən yaydığı xəbərdə bildirilir.  

 

Sızma avqustun 20-də baş verib. Özəl şirkətə məxsus texnika neft-kimya zavoduna ammiak ötürən borunu deşib, bu isə partlayışa səbəb olub. Partlayış nəticəsində 3 nəfər yaralanıb, 40 nəfər zəhərlənib.

 

Ammiakın sızması nəticəsində ətrafda yaşayan 1.2 min nəfər təxliyyə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR