APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İdalqo ştatının rəsmi qurumları açıqlama verib.
Avtobus müəyyən olunmayan səbəblər nəticəsində dərin dərəyə yuvarlanıb. Ölənlər arasında hamilə qadının da olduğu bildirilir.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə yerində mütəxəssislər çalışır.