APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum səbəbdən Bell 212 tipli helokopter yerdən qalxan kimi uçuş-eniş zolağına düşüb.
Nəticədə uçuş-eniş zolağında bir hərbçi ölüb, ikisi xəsarət alıb.
Ekipaj üzvləri isə hadisə zamanı ciddi xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.