Bank Of Baku

Meksikada şəhər meri qətlə yetirilib

Meksikada şəhər meri qətlə yetirilib
# 22 mart 2014 22:09 (UTC +04:00)

Bakı-APA. Meksikanın Miçoakan ştatında yerləşən Tanuato şəhərinin meri Qustavo Qaribay naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

 

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə,  Qustavo Qaribay yaşadığı evin qarşısında avtomobilə minərkən qətlə yetiriblər. Məlumata görə, Milli Hərəkat Partiyasını təmsil edən siyasətçiyə, bundan əvvəl, 2012-ci ildə də sui-qəsd törədilmişdi.  

 

Qeyd edər ki, Tanuato şəhərinin yerləşdiyi  Miçoakan ştatını nəzarətə almaq uğrunda bir neçə böyük narkomafiya arasında şiddətli mübarizə gedir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR