APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, üç saat davam edən mərasimdə ədəbiyyatçılar, siyasətçilər, ictimaiyyət nümayəndələri və yazıçının dostları iştirak edəcəklər.
Bir qədər sonra məşhur yazıçının xatirəsinə həsr olunmuş tədbir baş tutacaq. Tədbirdə Meksika və Kolumbiyanın prezidentləri Enrike Penya Nieto və Xuan Manuel Santosun çıxışları gözlənilir.
Qeyd edək ki, dünya şöhrətli yazıçının vəfatı ilə əlaqədar vətəni Kolumbiyada mətəm elan olunub.
Nobel mükafatı laureatçısı Markes aprelin 17-də Mexikoda 87 yaşında vəfat edib.