APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bundan öncə Fransa və Böyük Britaniya BMT TŞ-nın təcili iclasının keçirilməsi tələbi ilə çıxış etmişlər. Bu təşəbbüsə Avstraliya da qoşulub, ABŞ isə vətəndaşlarını Misiri tərk etməyə çağırıb.
Qeyd edək ki, Misirdə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları və hüquq-mühafizə qüvvələri arasında baş vermiş toqquşmalar zamanı ölənlərin sayı 578-ə çatıb.