Bakı-APA. Marsa üçün astronavtlar yolda böyük dozada radiasiyaya məruz qalacaqlar və bu xərçəng xəstəliyinə səbəb olacaq. NASA kosmik agentliyinin məlumatında belə deyilir.
NASA alimləri Yerdən Marsa olan 500 min milyon kilometr məsafəni 8 aya qət etmiş Curiosity pilotsuz gəmisinin ötürdüyü məlumatlar əsasında belə bir qənaətə gəliblər.
Marsa uçarkən güclü radiasiyadan qaçmağın yeganə yolu uçuş müddətini bir neçə həftəyədək qısaltmaqdır. Lakin hələlik elə güclü raket mühərrikləri mövcud deyil.