Bakı-APA. İsrail İranın nüvə silahı yaratmasına laqeyd yanaşmayacaq və təhlükəyə qarşı tək müqavimət göstərməyə hazırdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib.
“İsrail İranın nüvə silahı əldə etməsinə yol verməyəcək. İsrail tək qalsa belə, tab gətirəcək”, deyə Netanyahu BMT Baş Assambleyasının 68-ci sessiyasında çıxışı zamanı deyib.
Qeyd edək ki, İranın nüvə layihəsini öz milli təhlükəsizliyinə təhlükə elan etmiş İsrail İslam respublikasının ərazisində yerləşən nüvə obyektlərinə zərbə endirmək ehtimalını istisna etmir.
İran, öz növbəsində, nüvə proqramında hərbi komponentin olduğunu inkar edir.