Bank Of Baku

Nyu-York merinə zəhərli məktub göndəriblər

Nyu-York merinə zəhərli məktub göndəriblər
# 30 may 2013 04:05 (UTC +04:00)

Bakı-APA. Naməlum şəxslər Nyu-York meri Maykl Blumberqə içərisində güclü ritsin zəhəri olan məktub göndəriblər. Bu barədə APA CNN-ə istinadən məlumat verir.

 

Blumberqdən əlavə, «Qeyri-qanuni silaha qarşı tədbirlər» təşkilatının direktoruna da göndərilib. Məsələnin təfərrüatları barədə məlumat verilmir. Məktublarda silah gəzdirməklə bağlı debatlara görə Blumberqin ünvanına hədələr yer alıb.

 

Blumberqdən əvvəl məktubu yoxlayan polislər yüngül zəhərləniblər. Lakin bir müddətdən sonra xəstəliyin simptomları yox olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR