Bank Of Baku

Nyu Yorkda kollecdə partlayış baş verib, 7 nəfər yaralanıb

Nyu Yorkda kollecdə partlayış baş verib, 7 nəfər yaralanıb
# 05 iyun 2013 04:53 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Nyu York ştatındakı koleclərin birində baş verən partlayış nəticəsində 7 nəfər yaralanıb.  

 

APA-nın “Röyters”ə  istinadən verdiyi xəbərə görə, insident ştatın Nayak şəhərciyində baş verib. Məlumata görə, partlayış günorta saatlarında binanın ikinci mərtəbəsində baş verib.

 

Xəsarət alanların az sayda olmasının səbəbi təhsil ocağında dərslərin yekunlaşması ilə bağlı olub.  Yaralananların hamısı kollecdə çalışan əməkdaşlar olub. Xəsarət alanlar arasında ağır yaralıların olmadığı bildirilir.    

 

Partlayışın səbəbləri araşdırılır, ilkin versiyaya görə, partlayış qaz sızması səbəbindən baş verib.

 

Hadisə yerində polis və FTB  əməkdaşları araşdırma aparır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR