Bakı –APA. ABŞ Yəmən, Somali, İraq, Mali kimi ölkələrdə fəaiyyət göstətən terrorçu təşkilatlara və “Əl-Qaidə”yə qarşı mübarizəni davam etdirəcək.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama Konqresdə çıxış edərkən deyib.
Eyni zamanda Obama qeyd edib ki, ABŞ xarici siyasətdə hərbi əməliyyatlara yox, diplomatik təsir vasitələrinə önəm verəcək.
ABŞ prezidenti bu il Quantanamo həbsxanasını bağlamaq niyyətində olduqlarını da açıqlayıb.