Bakı-APA. Büdcə ilə bağlı məsələdə kompromis tapmaqda və dövlət idarələrinin maliyyələşməsinə razılıq verməkdə Konqresin qabiliyyətsizliyi ABŞ-ın iqtisadiyyatına təhlükə yaradır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama bəyan edib.
“Mən Konqresi təkrar çağırıram - hökumətin işinin maliyyələşdirilməsi üçün tədbirlər görülsün”, deyə Barak Obama xüsusi bəyanatla çıxış edib.
“Hökumətin işinin respublikaçılar tərəfindən dayandırılması milli iqtisadiyyatı təhlükə altına atır. Konqres nəinki idarələrinin maliyyələşməsini bərpa etməlidir və böhrandan siyasi xallar əldə etməməlidir. Bu vərdişi tərgitmək vaxtıdır”, deyə Obama əlavə edib.
ABŞ prezidenti respublikaçıların səhiyyə islahatlarının dayandırılması istiqamətində göstərdikləri səyləri nəticəsiz adlandırıb.