Bakı-APA. ABŞ prezidenti Barak Obama vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdə xüsusi xidmət orqanlarının ölkə vətəndaşlarının telefon danışıqlarına qulaq asmadıqlarını və elektron poçtunu izləmədiklərini bildirib. Bu barədə APA İTAR-TASS-a istinadən məlumat verir.
Prezident bu sahədə vəziyyətə nəzarət etmək üçün vətəndaş cəmiyyəti nümayəndələrinə hər cür sübutları verməyə hazır olduğunu bəyan edib.