Bakı-APA. ABŞ prezidenti Barak Obama Suriya ilə bağlı qərar verərkən Amerikanın milli maraqlarını əsas tutacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Britaniyanın hərbi əməliyyatda imtinasını şərh edərkən ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Keytlin Hayden deyib.
Qeyd edək ki, Britaniya parlamenti avqustun 30-na keçən gecə baş nazir Devid Kemeronun Suriyaya hərbi müdaxilə barədə təklifini qəbul etməyib. Baxmayaraq ki, səsvermə tövsiyə xarakteri daşıyıb, Devid Kemeron qeyd edib ki, bundan sonra o addımlarını parlamentin mövqeyinə uyğun atacaq.
Keytlin Hayden qeyd edib ki, kimyəvi silah barədə beynəlxalq normaları pozan ölkələr hərəkətlərinə görə məsuliyyət daşımalıdır.