Bakı-APA. ABŞ prezidenti Barak Obama Fransalı həmkarı Fransua Ollandla telefon danışığı zamanı növbəti dəfə Rusiyanı sanksiyalarla hədələyib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Obama bəyan edib ki, Rusiya Ukraynaya qarşı siyasətini dəyişmədiyi təqdirdə, ABŞ bu ölkəyə qarşı əlavə sanksiyalar tətbiq edəcək.
Bununla belə, ABŞ prezidenti Ukrayna hökumətinin azad və ədalətli prezident seçkiləri yolu ilə ölkəni birləşdirmək səylərini yüksək qiymətləndirib.