Bank Of Baku

Rumıniyada ABŞ-ın raket əleyhinə müdafiə sistemi obyektinin tikintisinə başlanılacaq

Rumıniyada ABŞ-ın raket əleyhinə müdafiə sistemi obyektinin tikintisinə başlanılacaq
# 19 oktyabr 2013 03:50 (UTC +04:00)

Bakı-APA. Rumıniyada ABŞ-ın raket əleyhinə müdafiə sistemi obyektinin tikintisinə bu ay başlanılacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Pentaqonun mətbuat katibi Corc Litl deyib. Onun sözlərinə görə, raket əleyhinə müdafiə sahəsində əməkdaşlıq məsələsi oktyabrın 18-də Vaşinqtonda Pentaqon rəhbəri Çak Heygelin rumıniyalı həmkarı ilə görüşü zamanı müzakirə olunub.

 

“Heygel Rumıniyada “Aegis Ashore” raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsi qərarına görə Buxarestə minnətdarlığını bildirib” , - deyə Litl bildirib.

 

Litl qeyd edib ki, sözügedən sistem 2015-ci ildə işə salınacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR