Bank Of Baku

Pan Qi Mun İsrail-Fələstin danışıqlarının bərpasını alqışlayıb

Pan Qi Mun İsrail-Fələstin danışıqlarının bərpasını alqışlayıb
# 20 iyul 2013 04:30 (UTC +04:00)

Bakı-APA. BMT-nin baş katibi Pan Qi Mun İsrail-Fələstin danışıqlarının bərpası istiqamətində ABŞ-ın səylərini alqışlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin rəsmi nümayəndəsi Martin Nesirki bildirib.

 

“Baş katib ABŞ dövlət katibi Con Kerrinin İsrail-Fələstin danışıqlarının bərpası üçün əsasın   yaranması barədə Əmmanda səsləndirdiyi bəyanatı alqışlayır”, deyə Pan Qi Munun  açıqlamasında bildirilir. O qeyd edib ki, tərəflər iki dövlətin yaradılması yolu ilə problemlərin həllimdə “cəsarət və məsuliyyət” nümayiş etdirməlidir.       

 

Qeyd edək ki, İsrail və Fələstin arasında birbaşa danışıqlar 2010-cu ildən dondurulub. Buna səbəb İsrailin işğal etdiyi ərazilərdə tikinti işlərinin davam etdirməsi olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR