Bakı. Real Cəfərli – APA. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “2013-cü il: raket təhdidləri” adlı hesabat dərc edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, sənəddə bildirilir ki, İran, Çin və Şimali Koreya raket istehsalı sənayesini xeyli inkişaf etdirib: “Bu ölkələr yaxında ABŞ ərazilərini belə hədəf ala biləcək raketlərə sahib olacaqlar”.
Hesabatda qeyd edilir ki, İran rəhbərliyi 2015-ci ilədək ilk ballistik raketlərini sınamaq istəyir. Sənəddə həmçinin deyilir ki, İranın ballistik və kosmik raket istehsalı sənayesini inkişaf etdirmək istiqamətində böyük proqramları var: “İran davamlı şəkildə bu raketlərin məhvetmə qabiliyyətini və dəqiqliyini artırır”.