Bakı-APA. Peruda prezident Ollant Xumalanın əleyhinə keçirilən etiraz aksiyası iğtişaşlarla nəticələnib.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları polisi daş-qalaq edib, buna cavab olaraq, asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, Perunun paytaxtı Limada etiraz aksiyasını həmkarlar ittifaqları təşkil edib. Mitinq Müstəqillik günü ərəfəsində keçirilib.
İyulun 28-də həmçinin prezident Xumalanın hakimiyyətdə olmasından 2 il keçir. Əhali onun sosial sahədə apardığı siyasətdən narazıdır və əmək haqlarının artırılmasını tələb edir.