Bakı-APA. Peruda dövlət səhiyyə sektorunun 15 min işçisi iyulun 16-dan etibarən əmək haqqlarının artırılması tələbi ilə müddətsiz tətilə start verib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, səhiyyə nazirliyi ölkədə H1N1 qripi ilə bağlı yaranan ciddi epidemioloji vəziyyəti əsas gətirərək aksiyanı qanunsuz adlandırıb.
Həkimlər, öz növbəsində, ağır və reanimasiya olan xəstələrin müalicəsini davam edəcəklərini bəyan ediblər.
Paytaxt Limada etirazçılar parlamentin qarşısında aksiya təşkil edib. Aksiya iştirakçıları hökuməti səhiyyə sahəsində islahatlar həyata keçirməyə aciz olmaqda ittiham edərək, səhiyyə nazirini istefaya getməsini tələb ediblər.