Bank Of Baku

Qasırğa Çikaqoda 25 min evi işıqsız qoyub

Qasırğa Çikaqoda 25 min evi işıqsız qoyub
# 13 iyun 2013 04:57 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Çikaqo şəhərində ötən gün tüğyan edən güclü qasırğa 25 min evi işıqsız qoyub, Oxara aeroportunda 400-dək aviareys təxirə salınıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “CBS Chicago” telekanalı məlumat yayıb.

 

Tennis topu ölçüsündə dolu və güclü külək ağacları yıxıb, elektrik naqilləri qırıb.

 

Polisin məlumatına görə, təbii hadisə nəticəsində xəsarət alan yoxdur. Corciya, Texas və İllinoys ştatlarının bir neçə dairələrində tornado xəbərdarlığı elan olunub.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR