Bakı-APA. Qvatemalanın keçmiş prezidenti Alfonso Portilyo ABŞ-a təhvil verilib. Portilyo ABŞ-da 70 milyon dollar «çirkli pulların yuyulması» ittihamı ilə məhkəmə qarşısında dayanacaq.
Qvatemaladan Portilyo hərbi aerodromdan havaya qalxmış kiçik təyyarədə aparılıb. O korrupsiya ittihamı ilə xaricdə mühakimə olunan ilk Qvatemala eks-prezidentidir.
Son bir neçə həftə ərzində Portilyo Qvatemala hərbi hospitalında sazlanılıb. O son anadək təhvil veriləcəyinə inanmırmış.
A.Portilyo 2000-04-cü illərdə Qvatemala prezidenti olub. Prezidentlik müddəti bitəndən sonra Meksikaya gedib. Lakin Meksika hökuməti onu təhvil verib 2008-ci ildə Qvatemalaya qayıdan Portilyo xəzinə oğurluğu ittihamı ilə həbs olunub.