Bu barədə APA “Interfks” agentliyinə istinadən məlumat verir. “Raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilmə müddətinə dəyişikliklər edilməyəcək. O cümlədən Rumıniya və Polşada. Proses tam olaraq 2018-ci ildə başa çatacaq”, - Rasmussen şəxsi bloqunda yazıb.
NATO-nun baş katibi Rusiyanı Şərqi Avropada vəziyyəti gərginləşdirməkdə ittiham edib. “Əgər regiona nəzər yetirsəniz, orada Dnestryanı, Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağdakı dondurulmuş münaqişələri görəcəksiniz” - Rasmussen qeyd edib.