Bank Of Baku

San-Fransiskoda “Boeing 777” qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 181 sərnişin yaralanıb - YENİLƏNİB-4 - FOTO

San-Fransiskoda “Boeing 777” qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 181 sərnişin yaralanıb  - <span style="color: red;">YENİLƏNİB-4  - <span style="color: red;">FOTO
# 07 iyul 2013 03:58 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə canlı efirdə yayımlanan mətbuat konfransında aeroportun rəsmi nümayəndələri deyib.

 

Açıqlamaya əsasən, 181 nəfər xəstəxanalara aparılıb, onlardan 49-un vəziyyəti ağırdır. Sərnişinlərdən daha 123 nəfəri terminalda qeydə alınıb. İki nəfərin ölməsi barədə xəbər rəsmi  təsdiqlənib.  

 

Beləliklə, bir nəfərin taleyi naməlum olaraq qalmaqdadır. Bundan əvvəl San-Fransisko aeroportunun yanğından mühafizə xidmətinin rəisi Coan Xeys-Uayt 60 nəfərin itkin düşdüyünü bildirmişdi. 

 

**** 04.08

 

Bakı-APA. San-Fransisko aeroportunda “Boeing 777” tipli təyyarənin qəzaya uğraması nəticəsində 73-dən 103-dək sərnişin yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “ABC News” telekanalının məlumatına əsasən, yaralananlardan 10 nəfərin vəziyyəti kritikdir. 

 

**** 02.08

 

Bakı-APA. ABŞ-ın San-Fransisko şəhərinin (Kaliforniya ştatı) hava limanında Cənubi Koreyanın “Asiana Airlines”  aviaşirkətinə məxsus “Boeing 777” tipli sərnişin təyyarəsi qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 48 sərnişin isə ciddi xəsarət alaraq xəstəxanaya aparılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  “KTVU” telekanalı məlumat yayıb.

 

Qeyd edək ki, bu son iki ildə Cənubi Koreyanın “Asiana Airlines” aviaşirkəti üçün ikinci qəzadır.  2011-ci ilin iyulun 28-də “Boeing-747” tipli yük təyyarəsi yanaraq Cənubi Koreya yaxınlığında Sakit okeana düşüb. Hadisə nəticəsində iki pilot ölüb. 1988-ci ildə yaradılan “Asiana Airlines” şirkətinin tarixində bu günədək üç qəza qeydə alınıb. 1993-cü ilin iyulunda Cənubi Koreyanın Mokxpo şəhəri yaxınlığında “Boeing-733” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 116 nəfərdən 68 sərnişin ölüb.    

 

**** 01.12

 

Bakı-APA. ABŞ-ın San-Fransisko şəhərinin (Kaliforniya ştatı) hava limanında qəzaya uğrayan “Asiana Airlines” Cənubi Koreya aviaşirkətinin “Boeing 777” tipli sərnişin təyyarəsinin göyərtəsində 290 sərnişin olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “ABC News” telekanalı məlumat yayıb.  

 

Sərnişinlərin taleyi barədə məlumat verilmir.

 

Cənubi Koreyanın “Asiana Airlines”  aviaşirkətinə məxsus təyyarə San-Fransisko beynəlxalq aeroportda sərt eniş etdikdən sonra yanıb. Təyyarə füzelyajının yuxarı hissəsi yanıb, quyruq hissəsi qopub. 

 

**** 00.54

 

Bakı-APA. ABŞ-ın San-Fransisko şəhərinin (Kaliforniya ştatı) hava limanında Seuldan gələn “Asiana Airlines”  Cənubi Koreya aviaşirkətinə məxsus “Boeing 777” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Federal aviasiya şirkəti məlumat yayıb. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

 

Qeyd edək ki, bu tip təyyarə göyərtəsinə 400-dək sərnişin götürmək imkanına malikdir. Təyyarədə sərnişinlər və ekipajın sayı barədə məlumat yoxdur. Hadisə yerində güclü yanğın müşahidə olunur.   

 

Hadisə yerinə xilasedicilər və təcili yardım maşınları cəlb olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR