Bank Of Baku

Senatorlar Makkeyn və Qrem Rusiya və ABŞ-ın Suriyaya dair razılaşmasını pisləyiblər

Senatorlar Makkeyn və Qrem Rusiya və ABŞ-ın Suriyaya dair razılaşmasını pisləyiblər
# 15 sentyabr 2013 04:31 (UTC +04:00)

Bakı-APA. Respublikaçılar partiyasından olan senatorlar Rusiya və ABŞ-ın Suriya kimyəvi silahının nəzarətə götürülüb ləğv edilməsinə dair razılaşmasını mənasız adlandıraraq pisləyiblər. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Arizona ştatından Con Makkeyn və Cənubi Karolina ştatından olan Lindsi Qrem sənədi ABŞ-ın “təhrikedici zəiflik aktı” kimi dəyərləndiriblər.

 

Onlar iddia edirlər ki, Suriya prezidenti Bəşər Əsəd şərtlərə əməl etmək əvəzinə vaxtı uzadacaq. Bundan başqa, razılaşma 100 mindən çox insanın ölümünə və milyonlarla suriyalının qaçqın olmasına səbəb olmuş vətəndaş müharibəsi problemini həll etməyəcək.  

 

Senatorlar həmçinin hesab edirlər ki, razılaşma İranı nüvə silahına sahib olmaq istiqamətində səylərini artırmağa təhrik edəcək.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR