APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Milli Kəşfiyyat Xidmətinin başçısı Ceyms Klepper Senatda çıxış edərkən bildirib.
“Suriyada 1 600 müxtəlif qrup döyüşlərdə iştirak edir. Silahlıların ümumi sayı 75 mindən 110 minə çatır. Onlardan 26 minini biz ekstremist hesab edirik. Hesablamalarımıza görə, Suriyada təxminən 50 ölkədən gələn 7 minədək döyüşçü var”, - deyə Klepper bildirib.
Xatırladaq ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ildə başlayıb. BMT-nin məlumatına görə, bu günədək 100 min çox insan silahlı münaqişənin qurbanı olub.