Bakı-APA. Süzan Rays ABŞ prezidentinin milli təhlükəsizlik üzrə yeni köməkçisi təyin olunub. APA-nın məlumatına görə, bu barədə prezident Barak Obama məlumat verib. Bu günədək Rays ABŞ-ın BMT yanında daimi nümayəndəsi idi. Yeni vəzifədə Rays Tomas Donilonu əvəz edəcək.
Obama həmçinin Samanta Pauerin ABŞ BMT yanında daimi nümayəndəsi təyin olunduğunu bildirib. Pauer ABŞ prezidentinin xüsusi köməkçisi vəzifəsini icra edirdi.