Bank Of Baku

Terror təhlükəsi üzündən bağlanan ABŞ diplomatik missiyaları bu gün açılacaq

Terror təhlükəsi üzündən bağlanan ABŞ diplomatik missiyaları bu gün açılacaq
# 10 avqust 2013 04:05 (UTC +04:00)

Bakı-APA. Həftənin əvvəlində bağlanılan ABŞ diplomatik missiyaları bu gün açılacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Dövlət departamentinin nümayəndəsi Cen Psaki bildirib ki, 19 diplomatik missiyadan 18-i açılacaq.

 

"Təhlükələr sovuşmadığı üçün Sanadakı səfiriliyimiz hələlik bağlı qalır. Mövcud təhlükələr “Əl Qaidə” tərəfindən terror hücumlarının mümkünlüyünə dəlalət edir ", - deyə o vurğulayıb.

 

Psaki həmçinin Pakistanın Lahor şəhərindəki ABŞ baş konsulluğunun bağlı qaldığını bildirib. 

 

Qeyd edək ki, ABŞ-ın Afrika və Yaxın Şərq ölkələrindəki diplomatik missiyaları avqustun 5-dən bağlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR