Bank Of Baku

Venesuela prezidenti parlamentdən ona xüsusi səlahiyyətlərin verilməsini istəyib

Venesuela prezidenti parlamentdən ona xüsusi səlahiyyətlərin verilməsini istəyib
# 09 oktyabr 2013 04:18 (UTC +04:00)

Bakı-APA.  Venesuela prezidenti Nikolas Maduro korrupsiya və “iqtisadi sabotaj”la mübarizə aparmaq üçün Milli Assambleyadan ona xüsusi səlahiyyətlərin verilməsini xahiş edib.

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Maduronun sözlərinə görə, hakimiyyət bu problemləri həll edə bilməyəcəyi təqdirdə “ölkədə sosializm olmayacaq”.  

 

Müxalifət lideri Enrike Kapriles bəyan edib ki, onun parlamentdəki tərəfdarları belə bir qanunun əleyhinə çıxış edəcəklər.

 

Kapriles qeyd edib ki, Maduronun hakimiyyətə gəlişindən 5 ay keçməsinə baxmayaraq, o hələ də venesuelalıların ümidlərini doğrultmayıb.  

 

Qeyd edək ki, son vaxtlar Venesuelada qənd, un və tualet kağızı qıtlığı yaşanır.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR