Bakı-APA. ABŞ-ın Venesueladakı səfirliyinin iki əməkdaşı ötən gecə Karakasda ticarət mərkəzlərinin birində baş vermiş atışma nəticəsində güllə yarası alıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ticarət mərkəzindəki dükanların birində amerikalılar və müştəri arasında mübahisə yaranıb. Münaqişə zamanı müştəri üzərində olan tapançanı çıxararaq diplomatlara atəş açıb.
Hər iki amerikalı diplomat qarın nahiyəsindən güllə yarası alıb, onlardan biri ayağından da yaralanıb.
ABŞ səfirliyinin hərbi attaşesinin müavinləri olan yaralılar xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs hadisə yerini tərk edib, onun saxlanılması istiqamətində əməliyyat aparılır.