APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, nümayişdə on minlərlə adam iştirak edib.
Xəsarət alanlar var, nümayişçilər polisə daş atıblar, asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə edib.
Paytaxtın müxtəlif bölgələrində və digər şəhərlərdə prezident Nikolas Maduronun tərəfdarlarının mitinqləri keçirilib. Nikolas Maduro müxalifəti dövlət çevrilişinə cəhddə ittiham edir.
Müxalifət, öz növbəsində, hökuməti yüksək inflyasiya və ölkədə tüğyan edən cinayətkarlığa görə günahlandırır. Tərəflər iğtişaşlar zamanı ən azı on nəfərin öldürülməsinə görə məsuliyyəti bir-birlərinin üzərinə qoyurlar.