Bank Of Baku

Venesuelada iğtişaşlar zamanı ölənlərin sayı 37-yə çatıb - VİDEO

Venesuelada iğtişaşlar zamanı ölənlərin sayı 37-yə çatıb - <span style="color: red;">VİDEO
# 29 mart 2014 00:25 (UTC +04:00)

APA-nın BBC News-a istinadən verdiyi məlumata görə, bunu ölkənin baş prokuroru Luisa Orteqa Dias bəyan edib.

 

Onun sözlərinə görə, ölənlərin 29-u mülki şəxs, səkkizi isə təhlükəsizlik xidmətlərinin əməkdaşları olub. 379 mülki şəxs və 180 qanun keşikçisi xəsarət alıb, 168 etirazçı saxlanılıb.

 

Qeyd edək ki, Venesuelada hakimiyyət əleyhinə keçirilən etiraz aksiyaları artıq 2 aydır ki davam edir.

 

Prezident Nikolas Maduronun istefasını tələb edən etirazçılar  hökuməti yüksək inflyasiya, gündəlik tələbat mallarının qıtlığı və ölkədə  tüğyan edən cinayətkarlığa görə günahlandırır.  N. Maduro isə müxalifəti ABŞ dəstəyi ilə dövlət çevrilişinə cəhddə ittiham edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR