Bank Of Baku

Venesuelada prezidentə sui-qəsd hazırlayan 9 kolumbiyalı saxlanılıb

Venesuelada prezidentə sui-qəsd hazırlayan 9 kolumbiyalı saxlanılıb
# 11 iyun 2013 04:08 (UTC +04:00)

Bakı-APA. Venesuelada prezident Nikolas Maduroya sui-qəsd planlaşdıran 9 kolumbiyalı saxlanılıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Venesuelanın daxili işlər naziri Miqel Rodriges bəyan edib ki, kolumbiyalılar paytaxt Karakasa gələrək, burada digər sui-qəsdçilərə qoşulmağı planlaşdırıbmış.  

 

Nazirin sözlərinə görə, əməliyyat çərçivəsində həbslər davam etdiriləcək.

 

Xatırladaq ki, Nikolas Maduro 2013-cü ilin aprelində keçirilmiş prezident seçkilərində ölkə rəhbəri vəzifəsində xərçəngdən vəfat etmiş Uqo Çavesi əvəz edib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR