Bank Of Baku

Venesuelada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 11 nəfər ölüb, 35 nəfər isə xəsarət alıb

Venesuelada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 11 nəfər ölüb, 35 nəfər isə xəsarət alıb
# 06 avqust 2013 18:23 (UTC +04:00)

Bakı-APA. Venesuelanın Taçira ştatında bu gün şəhərlərarası avtobus qəzaya uğrayıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, nəticədə 11 nəfər ölüb, 35 nəfər isə xəsarət alıb.   

 

İlkin məlumata görə, qəzaya səbəb təhlükəli döngədə sürət həddinin aşması olub. Nəticədə avtobus yoldan çıxaraq aşıb.  

 

Ölənlər arasında üç uşağın olduğu bildirilir. Yaralılar San Kristobal şəhərinin xəstəxanalarına aparılıb.   

 

Qeyd edək ki, sərnişin avtobusunun iştirakı ilə daha bir ağır qəza bu gün Meksikada baş verib. İçərisində katolik zəvvarların olduğu avtobus aşaraq dərəyə yuvarlanıb. Nəticədə 8 nəfər ölüb, 30 nəfər isə yaralanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR