Bakı-APA. Şəxsi əllərdə olan dünya maliyyə aktivləri 2012-ci ildə əvvəlkinə nisbətən 7,8% artaraq 135,5 trilyon dollar təşkil edib. Bu barədə Boston Consulting Group (BSG) şirkətinin dərc etdiyi hesabatda deyilir.
Sənədə əsasən, dünyanın ən varlı bölgələri Şimali Amerika və Qərbi Avropadır. Burada ayrı-ayrı şəxslərin əlində müvafiq olaraq 43,3 və 35,8 trilyon dollar toplanıb. Asiya Sakit okean bölgəsinin (Yaponiyanı çıxmaqla) var-dövləti 28 trilyon dollardır. Şərqi Avropa sakinlərinin maliyyə aktivləri cəmi 2,3 trilyon dollardır. Lakin BSG ekspertlərinin hesablamalarına əsasən, məhz bu bölgədəki şəxslərin daha sürətlə artacaq.