Bank Of Baku

Yaponiya sahillərində qəzaya uğrayan ABŞ təyyarəsinin qalıqları aşkar edilib

Yaponiya sahillərində qəzaya uğrayan ABŞ təyyarəsinin qalıqları aşkar edilib
# 04 dekabr 2023 13:50 (UTC +04:00)

ABŞ və Yaponiya dalğıcları keçən həftə Yaponiyanın cənub-qərbində qəzaya uğrayan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Osprey" təyyarəsinin və ekipaj üzvlərinin qalıqlarını aşkar ediblər.

APA "Associated Press"ə istinadən xəbər verir ki, göyərtəsində 8 amerikalı ekipajı daşıyan CV-22 "Osprey" keçən çərşənbə günü Yakuşima adasında təlim zamanı qəzaya uğrayıb.

Bir şəxsin meyiti daha əvvəl tapılaraq şəxsiyyəti müəyyən edilsə də, digər 7 nəfər itkin hesab olunurdu.
ABŞ Hərbi Hava Qüvvələrinin Xüsusi Əməliyyatlar üzrə Komandanlığı qalıqların tapıldığını, lakin onların şəxsiyyətlərinin hələ müəyyən edilməli olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR