İlhamə Quliyevanın köməkçisinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

İlhamə Quliyevanın köməkçisinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb
# 29 noyabr 2016 14:30 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar verib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses dekabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR