Suriyada həlak olan ABŞ hərbçisinin şəxsiyyəti müəyyənləşib

Suriyada həlak olan ABŞ hərbçisinin şəxsiyyəti müəyyənləşib
# 26 noyabr 2016 01:52 (UTC +04:00)

Suriyada ABŞ hərbçisi həlak olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Pentaqon ötən gün həyatını itirən hərbçinin şəxsiyyətinin müəyyənləşdirildiyini bildirib.

“42 yaşlı Skott Deyton Suriyanın şimalında partlayıcı qurğunun işə düşməsi nəticəsində aldığı yaralardan vəfat edib”, məlumatda deyilir.

Məlumata görə, S. Deyton partlayıcı qurğuların məhvi ilə məşğul olan ABŞ Silahlı Qüvvələrinin bölmələrindən birində hərbi qulluqda olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR