Bank Of Baku

Zalujnı 2024-cü il üçün planlarını ABŞ-ın yüksək səviyyəli generalı Braun ilə bölüşüb

Zalujnı 2024-cü il üçün planlarını ABŞ-ın yüksək səviyyəli generalı Braun ilə bölüşüb
# 16 yanvar 2024 03:45 (UTC +04:00)


Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Çarlz Braun arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Zalujnı Telegram-da məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanının sözlərinə görə, o, Braunu döyüş meydanında, eləcə də cəbhənin ayrı-ayrı sektorlarında vəziyyət barədə məlumatlandırıb.

"Mən 2023-cü ildə hərbi əməliyyatların təhlilinin nəticələrini və 2024-cü il üçün proqnozları bölüşdüm. ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə birlikdə biz qarşılıqlı strateji maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq", - Zalujnı bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR