Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli Ukraynaya sursat və texnikanın tədarükü məsələsini müzakirə ediblər.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Zalujnı Telegram-da bildirib. O, Milli ilə telefon danışığı zamanı bir sıra mühüm mövzuları müzakirə edib.
“Mən Ukraynanın müdafiə ehtiyacları məsələsi üzərində ətraflı dayandım. Söhbət sursat və texnikanın tədarükündən gedir. Hava hücumundan müdafiə sisteminin imkanlarının gücləndirilməsinin vacibliyini qeyd edildi”, - deyə məlumatda bildirilir.