“Tullantıların idarə olunmasında gənc nəslin rolu” mövzusunda sərgi keçirilib

“Tullantıların idarə olunmasında gənc nəslin rolu” mövzusunda sərgi keçirilib
# 18 may 2018 18:02 (UTC +04:00)

Mayın 18-də “Tullantıların idarə olunmasında gənc nəslin rolu” mövzusunda Nizami rayonu Xalid Quliyev adına 62 saylı məktəb liseydə təşkil olunan sərgiyə baxış keçirilib.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin əməkdaşları məktəblilərin tullantılardan hazırladıqları, ətraf mühitin mühafizəsinə töhfə verə biləcək nəfis əl işləri ilə tanış olublar. Sərgidə məktəblilər asudə vaxtlarından səmərəli istifadə edərək ətraf mühiti çirklənməyə məruz qoyan tullantılardan, plastik qablardan, şinlərdən düzəltdikləri nəcib gül kompozisiyalarını nümayiş etdirib, digər məktəblərin də bu təşəbbüsə qoşulmalarına örnək göstəriblər.

Nazirliyin əməkdaşları şagirdlərin ətraf mühitin tullantılardan qorunması yolunda irəli sürdükləri bu təşəbbüsü dəstəkləyib və onların ekoloji biliklərinin artırılması üçün məktəbdə keçirilən görüşdə tullantıların idarə olunması istiqamətində tövsiyələrini verib, ekoloji mövzuda fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR