İsgəndəriyyədə törədilən partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB-3

İsgəndəriyyədə törədilən partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB-3
# 09 aprel 2017 19:09 (UTC +04:00)

İsgəndəriyyədə kilsədə törədilən partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Misir Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan əvvəl 16 nəfərin öldüyü bildirilirdi.

Misir hökuməti Tanta və İsgəndəriyyə şəhərlərində törədilən terror aktları ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

***

16:12

Misirin İsgəndəriyyə şəhərində Müqəddəs Marka kilsəsində partlayış nəticəsində 6 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Misir Səhiyyə Nazirliyi məlumat yayıb.

Partlayış nəticəsində 31 nəfər yaralanıb.

Bu arada "Al-Vatan" qəzeti kilsədə partlayış nəticəsində 8 nəfərin öldüyünü yazıb. Həlak olanlardan 3-ü polis əməkdaşıdır. Onların arasında İsgəndəriyyə Cinayət Axtarış İdarəsinin rəisi də var.

***

saat 15.45

Bu gün Misirin İsgəndəriyyə şəhərində kilsədə törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə Misirin “ON-TV” telekanalı məlumat yayıb.

Partlayış kilsənin qapısı qarşısında törədilib. Partlayış anında patriarx İkinci Teodor da kilsədə olub, ancaq xəsarət almayıb.

İlkin məlumata görə, partlayışı terrorçu-kamikadze törədib. Partlayış zamanı həlak olan bir polis zabitinin terrorçu-kamikadzenin kilsəyə daxil olmasının qarşısını almağa çalışdığı və həlak olsa da, onun kilsəyə daxil olmasına imkan vermədiyi bildirilir.

***

saat 15.21

Bu gün Misirdə daha bir kilsədə partlayış törədilib.

APA-nın məlumatına görə, bu barədə Misirin “On-TV” telekanalın məlumat yayıb.

Partlayış İsgəndəriyyə şəhərindəki kilsədə törədilib. Partlayış nəticəsində ölən və yaralananlar var.

Qeyd edək ki, bu gün səhər Misirin Tanta şəhərində kilsədə güclü partlayış törədilib, nəticədə 30 nəfər ölüb. Daha sonra Misir Daxili İşlər Nazirliyinin Tanta şəhərindəki təlim mərkəzində də partlayış törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR