Prokuror 40 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə cəza istəyib

Prokuror 40 min manatlıq dələduzluqda təqsirləndirilən  şəxsə cəza istəyib
# 15 aprel 2017 09:12 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İslam Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, İ. Əhmədova 9 illik həbs cəzası istəyib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Proses aprelin 17-də davam etdiriləcək.

Qeyd edək ki, İ. Əhmədov Bakıda dəllallıqla (makler) məşğul olub. O, Bakı sakininin etibarından istifadə edərək, başqasının adına olan torpaq sahəsini saxta sənədlə sataraq, ona qarşı 40 min manatlıq dələduzluq etməkdə təqsirli bilinir.

İ. Əhmədov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR