Sabirabad sakinindən narkotik vasitə götürülüb

Sabirabad sakinindən narkotik vasitə götürülüb
# 04 sentyabr 2015 10:41 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad sakininə məxsus həyətyanı sahədən narkotik vasitə olan çətənə kolları aşkar edilib.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çiçəkli kənd sakini, 1969-cu il təvəllüdlü Əlsəfa Əlimusa oğlu Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 11,22 kiloqram olan 19 ədəd çətənə kolu, habelə evinə baxış zamanı 750 qram marixuana aşkar edilərək götürülüb. Ə. Əliyev polis tərəfindən saxlanılıb.


Faktla bağlı Sabirabad Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR