Drezden bələdiyyəsinə əslən Azərbaycandan olan üç nəfər seçilib
Almaniya tarixində ilk dəfə olaraq bu ölkədəki seçkili orqana azərbaycanlılar seçilib. Almaniya-Azərbaycan Drezden Cəmiyyətinin sədri Ağahüseyn Babayev APA-ya açıqlamasında bildirib ki, mayın 25-də Drezden bələdiyyəsinə keçirilən seçkilərin nəticəsinə əsasən seçilən 16 nəfərdən 3-ü azərbaycanlı olub:
“Seçilən azərbaycanlılar Azərbaycan diasporu tərəfindən irəli sürülən namizədlərdir. Bunlar əslən Azərbaycandan olan Almaniya vətəndaşları Azad Məmmədov, German Levenfus və Anjelina Mixayilovadır: “İlk dəfə olaraq, özü də böyük say çoxluğu ilə azərbaycanlıların yerli idarəetmədə təmsil olunması bizim üçün ciddi yenilikdir və böyük ümidlərimiz var”.
A. Babayevin sözlərinə görə, 16 nəfərdən ibarət idarəetmə orqanına başqa heç bir qeyri-alman, o cümlədən namizədliklərini vermələrinə baxmayaraq, ermənilər də seçilə bilməyib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı