Bakıda falçını öldürən şəxs tutulub
Bakıda falçını öldürən şəxsin adı məlum olub. Səbail Rayon Prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA TV-yə verdiyi məlumata görə, martın 14-də İçərişəhər ərazisində Lerik rayon sakini, 1970-ci il təvəllüdlü Tahir Talıbovu qətlə yetirən Goranboy rayonu Dəliməmmədli qəsəbə sakini, 1987-ci il təvəllüdlü Məhəbbət Vilayət oğlu Cahangirov yaşadığı rayonda tutularaq Bakıya gətirilib.
M. Cahangirov ilkin ifadəsində qətl hadisəsini mərhumun yazdığı duanın onun həyatına mənfi təsir etdiyinə görə törətdiyini bildirib. M. Cahangirovun “Azəriqaz” İstehsalat Birliyinin Goranboy rayon şöbəsinin hüquqşünası olduğu məlum olub.
Qeyd edək ki, martın 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi 5 ünvanında T. Talıbovun üzərində çoxsaylı xəsarətləri olan meyiti tapılıb. Polisdən T. Talıbov qətlə yetirildiyi ünvanda falçılıqla məşğul olduğu bildirilib.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik