Avropada yeni casus qalmaqalı: ABŞ Avstriyada gizli kəşfiyyatla məşğul olub
Avropada yeni casus qalmaqalı yaşanır. ABŞ Milli Təhlükəsizlik Agentliyinin Avstriya siyasətçiləri və şirkətləri ilə bağlı gizli kəşfiyyat məlumatları toplaması rəsmi Vyananın etirazına səbəb olub. Avstriya ABŞ-a bu şəraiti yaratdığı üçün Almaniya xüsusi xidmət orqanlarından Avropanın nüfuzlu qurumlarına şikayət edib.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, rəsmi Vyana bu məsələnin araşdırılmasını tələb edir.
Məsələ Almaniyanın koalisiya hökumətində də gərginliyə səbəb olub. Koalisiya ortağı, Sosial Demokrat Partiyasının lideri və ölkənin iqtisadiyyat naziri Siqmar Qabriel baş nazir Angela Merkeli tənqid atəşinə tutub. O, baş verənlərdə Merkeli əsas günahkar hesab edərək deyib ki, bu fakt ölkə iqtisadiyyatına ciddi təsir edəcək.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik