Gəncədə 39 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
Gəncədə 39 yaşlı piyadanı avtomobil vuraraq öldürüb. Ağır yol nəqliyyat hadisəsi şəhərin Heydər Əliyev prospektində axşam saatlarında qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan "VAZ-2107 "markalı minik maşını yolu keçmək istəyən Goranboy sakini, 39 yaşlı Elçin Rzayevi vurub. Bankomatdan pul çıxarmaq üçün yolu əks tərəfə keçmək istəyən piyada maşının altında qalıb. Avtomobilinin bir neçə metr sürüdüyü Elçin Rzayev xeyli qan itirərək aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Fuad NAzimoğlu, Mehdi Rəşid, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu