Hamamda yuyunurdu, dəm qazından zəhərləndi
Bakıda 3 nəfər dəm qazından zəhərlənib.
Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, K.Kazımzadə küçəsi 35 ünvanında qeydə alınıb. Burada kirayədə yaşayan 40 yaşlı Qənbərov Məmməd Əli oğlu hamamda yuyunarkən dəm qazından zəhərlənərək ölüb.
Eyni zamanda, onunla eyni ünvanda kirayə yaşayan 14 yaşlı Qarayev Vəli Rövşən oğlu və 35 yaşlı Qarayeva Gülnarə Hüseynalı qızı dəm qazından zəhərlənmə diaqnozu ilə 1 saylı şəhər Klinik xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu