İran-Taliban müharibəsi başlayır? - Tehran əfqan qaçqınları geri göndərir

# 19:31
10 avqust 2023

İran və Əfqanıstan arasında münasibətlər son vaxtlar daha da gərilib. Tehran buna səbəb kimi Əfqanıstanın 1973-cü ildə imzalanmış sudan istifadə haqqında razılaşmanın şərtlərinə əməl etməməsini göstərir. Qeyd edək ki, İranın Əfqanıstanla həmsərhəd Sistan və Bəlucistan əyalətində quraqlıq artıb. İran prezidenti İbrahim Rəisi mayın ortalarında əyalətə səfəri zamanı Əfqanıstanın Sistan və Bəlucistan əhalisinin susuz qoyduğunu iddia edib və rəsmi Kabilə vəziyyəti davam etdirməməsi üçün xəbərdarlıq ünvanlayıb. O Taliban hökumətinə üz tutaraq, sözlərimi çox ciddi qəbul edin ki, sonra şikayət etməyəsiniz”, deyib. Taliban isə Hilmənd çayında suyun səviyyəsinin aşağı olduğunu bildirir. Yaranmış gərginlikdən ehtiyat edən Əfqanıstan İranla sərhədə minlərlə əsgər, hərbi texnika və çoxlu sayda kamikadzelər göndərib. İranın iddiasına görə, Taliban hakimiyyətə gələndən bəri su təchizatını dayandırıb və imzalanmış razılaşmanı dəstəkləmir. Yaxın Şərq İnstitutunun açıqlamasına görə, iki ölkə arasındakı su ilə bağlı gərginlik XIX əsrin 70-ci illərindən başlayıb və günümüzdə də davam etməkdədir. Gərginlik artıran digər məqam isə həmin su hövzəsindən ölkə sərhəddinin keçməsidir. Mənbənin məlumatına görə, ölkələr arasında gərginlik 150 ildir davam etsə də, indiki kimi müharibə yaradacaq səviyyədə olmayıb. Siyasilər onu da bildirirlər ki, İranın daim Əfqanıstan maraqları olub. Buna narkotrafiklə yanaşı, transsərhəd su və sərhəd təhlükəsizliyi məsələləri aiddir. O da qeyd olunub ki, İran Əfqanıstanda Taliban rejimini tanımaq istəmir və buna səbəb Əfqanıstana qarşı təsir rıçaqlarını istifadə etməsidir. İranı narahat edən məqamlarıdan biri də ölkənin ən böyük üçüncü gölü, cənub-şərqi Sistan və Bəlucistan əyalətlərində yaşayan insanların həyatında mühüm rol oynayan Hamun gölünün qurumasıdır. İddialar görə, Hilmənddən İrana su axınının kəsilməsi 1998-ci ildə iranlı diplomatların öldürülməsindən sonra ölkələr arasında yaranmış gərginlik fonunda baş verib. O da iddia edilir ki, Taliban Kajaki bəndinin şlüzlərini bağladıqdan sonra Hilmənd çayından İrana su axını azalıb. Digər iddialar görə isə Sistan və Bəlucistan əyalətində yaradılmış quraqlığa səbəb bu ərazidə yaşayanların sünni məzhəbinə aid olmalarıdır. Tehran hökuməti 2021-ci ildə taliban rejimindən qaçaraq İrana sığınan qaçqınları geri qaytarmak fikrindədir. Görünür, İran Əfqanıstana qarşı qaçqın rıçaqından istifadə etməklə Talibandan güzəştlər, o cümlədən su məsələsinin həlli istiqamətində razılıq əldə etməyə çalışır. Ölkələr arasındakı mübahisənin dərinləşməsi ilə əfqanlar İranda daha çox sıxıntı yaşayacaqlar. Son rəsmi məlumatlara görə, təkcə iyul ayında 46 mindən çox əfqan İrandan Əfqanıstana dönüb. Qeyri-rəsmi məlumatlara görə taliban rejimindən qaçıb İrana sığınanların sayı 5 milyona yaxındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR